Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Maska cəriməsi 25 manata endirilsin”

“Maska cəriməsi 25 manata endirilsin”

Tarix: 1 Iyun 2020 13:44

Maska taxmamağa görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə məbləği 25 manata endirilsin.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki xəbər verir ki, bu təkliflə deputat Əli Məsimli parlamentdə çıxış edib. O qeyd edib ki, tələbələr, pensiyaçılar, aztəminatlı insanlar var: "Ona görə də bu cərimənin yarıya endirilməsinə ehtiyac var. Bu günə qədər onlarca insan cərimə edilib. İnsanlar bilməlidir ki, bu cərimələrdən necə istifadə olunacaq?

Onlar bilməlidir ki, bu cərimələr pandemiyaya qarşı mübarizəyə cəlb ediləcək. Təklif edirəm ki, bu vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülsün".

Milli Məclisin komitə sədri Musa Quliyev də cərimə məbləğlərinin real olmadığını deyib: "Bu rəqəm 20-25 manat arası olmalıdır. Bilirsiniz ki, qanunu pozan adam elə pulu olmayan adamlardır. Pulu olan adam qanunu pozmur".

Deputat Naqif Həmzəyev də cərimə məbləğinin aşağı salınmasını təklif edib: "Qanunu da ən çox pozan gənclər və tələbələr olacaq. Onların bu pulu ödəməyə gücü çatmayacaq. Eyni zamanda bilirsiniz ki, aptekə gedəndə 3 ədəddən artıq maska verilmir. Marketlərdə satışını həyata keçirməliyik. Sonra kimsə bəhanə  gətirməsin ki, maska tapılmadı".

Milli.Az


Etiketlər:  Maska cəriməsi 25 manata endirilsin


RƏYLƏR