Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UNEC-də ciddi struktur dəyişiklikləri edilib

UNEC-də ciddi struktur dəyişiklikləri edilib

Tarix: 1 Iyun 2020 22:12

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Rus dili” kafedrası ləğv edilərək, “Xarici dillər” kafedrasına birləşdirilib. Bir sıra ixtisasların bağlanması nəzərə alınaraq, “Müəssisənin iqtisadiyyatı” kafedrası da ləğv edilib.

Universitetdən Trend-ə verilən məlumata görə, Elmi Şurada Tələbə şöbəsinin ləğv edilərək, Tələbə İşləri Mərkəzi yaradılması, eləcə də UNEC Könüllüləri Tələbə Təşkilatı, Əcnəbi Tələbələrin Cross Culture Təşkilatı və UNEC Mentorluq Xidmətinin yaradılması barədə qərar qəbul edilib.

UNEC-in müəllim, əməkdaş və tələbələrinin rəqəmsal vərdişlərinin daha da artırılması məqsədilə distant təhsil verən dünya universitetlərinin təcrübəsinə əsaslanan və tələbələrdən ibarət olan Rəqəmsal Könüllülər Təşkilatı yaradılıb.

Şuranın qərarı ilə Nobel mükafatçılarının, eləcə də nüfuzlu xarici mütəxəssislərin təmsil olunacağı UNEC Beynəlxalq Ekspertlər Şurası və distant təhsilə keçidlə bağlı ciddi araşdırmaların aparılması məqsədilə Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb.

“Rus dili” kafedrası ləğv edilərək, “Xarici dillər” kafedrasına birləşdirilib. Bir sıra ixtisasların bağlanması nəzərə alınaraq, “Müəssisənin iqtisadiyyatı” kafedrası da ləğv edilib.

Şurada Texnologiya və Dizayn, eləcə də Ekspertiza və Standartlaşdırma fakültələrinin ləğv edilərək, Rəqəmsal İqtisadiyyat Fakültəsi və Mühəndislik Fakültəsinin yaradılması barədə qərar qəbul edilib.


Etiketlər:  UNEC ciddi struktur dəyişiklikləri edilib


RƏYLƏR