Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 14:21
Bakı. Samir Əli - Trend:
Ölkə ərazisində içməli su təhcizatı sistemlərinin yenidən qurulması ilə ələqədər hazırlanmış lahiyə sənədləri razılaşdırılma üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə (RGEM) təqdim edilir. Həmin sənədlər qüvvədə olan sanitariya və tikinti normalarına uyğun olaraq yoxlanılır, müvafiq rəy və təkliflər hazırlanır.
RGEM-in Kommunal Gigiyena bölməsinə rəhbərlik edən Eldar Abdullayevin sözlərinə görə, Azərsu ASC tərəfindən ehtiyat su anbarlarının yuyulub zərərsizləşdirilməsi razılaşdırılmış metodiki təlimat əsasında ərazi Gigiyena və Epidemiologiya Mərkəzlərinin nəzərəti altında aparılır. Yuma zərərsizləşdirilmə tədbirləri başa çatdırıldıqdan sonra dövlət sanitariya xidməti mütəxəssisləri tərəfindən götürülmüş su nümunələri RGEM-in laboratoriyalarında müayinə olunur. Müayinənin nəticələri əsasında su anbarlarının istismara hazır olduğu və ya suyun dövlət standartlarına uyğun gəlməməsi səbəbləri araşdırılır, lazım gələrsə, ehtiyyat su anbarlarının təkrar yuyulması tələb edilir və sonradan laborator müayinələr təkrarlanır.
Əhaliyə şəbəkədən verilən suyun keyfiyyəti və təhlükəsizlik göstəricilərinə nəzarət məqsədi ilə təsdiq olunmuş cədvəl üzrə respublikanın 61 şəhər və rayon mərkəzlərində müəyyən edilmiş stasionar nöqtələrindən ərazi GEM-ləri tərəfindən su nümunələri rübdə bir dəfə götürülür. RGEM-in laboratoriyalarında və Bakı şəhərinin rayon GEM-ləri tərəfindən stasionar nöqtələrdən ayda bir dəfə su nümunələri götürülərək, rayonlararası laboratoriyalarda orqanaleptik, kimyavi və bakterioloji göstəricilərinə görə müayinə olunur. E.Abdullayev müayinələrin qeyri-kafi nəticələri üzrə müvafiq tədbirlərin görülməsi, suyun çirklənmə səbəbləri aydınlaşdırılması və bu səbəblərin aradan qaldırılması üçün Azərsu ASC-in şəhər və rayon Sukanal İdarələrinə təkliflərin verilməsi haqda məlumat verdi. Həmsöhbətimiz müayinələr nəticələrinin normativ tələblərə uyğun gələnədək tədbirlərin davam etdirildiyini vurğulayıb.
Bundan başqa, E.Abdullayev, respublikanın kənd yerlərində yaşayan əhalinin içməli su təchizatı üzərində aparılan nəzarət haqqında məlumat verib. Kür və Araz çayları boyunca yerləşən yaşayış məntəqələrində əhalinin keyfiyyəti və epidemioloji cəhətdən təhlükəsiz su təminatı məqsədi ilə respublikanın 26 rayonunun 459 kəndində quraşdırılmış modul tipli su təmizləyici qurğularında təmizlənilən, zərərsizləşdirilən və 481 kənd əhalisini içməli su ilə təmin edən təchizat üzərində nəzarət aparılır. İldə iki dəfə RGEM-in mütəxəssisləri və səyyar laboratoriyanın işçiləri tərəfindən modul tipli su təmizləyici qurğulardan verilən suyun keyfiyyətinə nəzarətlə əlaqədar Azərsu ASC-nin yerli nümayəndələrinin iştirakı ilə monitorinq keçirilir. Aparılan monitorinq nəticələri üzrə Azərsu ASC-nə müvafiq təkliflər verilir.
E.Abdullayev Bakı şəhərinin içməli su təhcizatının yerüstü su mənbələrindən olan Ceyranbatan gölü və Kür çayı, yeraltı su mənbələrindən olan isə Oğuz rayonunda 74 artezian və subartezian quyuları (Oğuz - Qəbələ - Bakı Su Kəməri), Xaçmaz rayonundakı artezian və bulaqlar vasitəsi ilə təmin edildiyini bildirib. E.Abdullayevin qeyd etdiyi kimi, həmin mənbələrdən verilən su keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə dövlət standartlarının tələblərində uyğun gəlməsi məqsədi ilə müvafiq çökdürmə, təmizlənmə və zərəsizləşdirmə etaplarından keçir. Qeyd edilən mənbələrdən verilən suyun emalı üzərində ayda bir dəfə və Bakı şəhərinə daxil olduqdan sonra isə şəhərin müxtəlif ərazilərində yerləşən 22 mərkəzi su anbarı və nasosxanalarında həftədə bir dəfə Respublika GEM-i tərəfindən laboratoriya tədqiqat üsullarının tətbiqi ilə nəzarət aparılır.