Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 14:30
Bakı. Trend:
AzMİU və Poltava Milli Texniki Universitetinin birgə keçirdiyi 3-cü Beynəlxalq Azərbaycan - Ukrayna elmi-praktik konfransı yekunlaşıb.
Universitetdən Trend-ə verilən məlumata görə, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Yuri Kondratyuk adına Poltava Politexnik Universitetinin birgə onlayn keçirdiyi “Building innavations – 2020 ” adlı 3-cü konfransı iki gündür davam edir. Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Hindistandan 300 iştirakçının qoşulduğu konfransda 157 məruzə dinlənilib.
İyunun 1-də başlayan konfransda hər iki universitetin rektoru, professorlar Gülçöhrə Məmmədova və Vladimir Onişenko təbrik nitqi ilə açılış edib, iştirakçılara və konfransın işinə uğurlar arzulayıblar.
Plenar iclasda AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov və Poltava Politexnik Universitetinin professoru Yuri Vinnikovun məruzələri dinlənilib. Qarşılıqlı disskusiya şəraitində davam edən konfrans artıq yekunlaşıb.