Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA avrokubokların formatını dəyişə bilər

UEFA avrokubokların formatını dəyişə bilər

Tarix: 3 Iyun 2020 09:52

UEFA avrokubokların formatını dəyişdirməyə hazırlaşır.

Qol.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Koronavirus pandemiyasına görə dayandırılan hər iki turnirin bərpadan sonra 1/4 final mərhələsindən "8-lər finalı" formatında keçirilməsinin müzakirə edildiyi bildirilir.

Matçların ayrı-ayrı şəhərlərdə deyil, Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. Komandalar pley-off mərhələsində olduğu kimi, öz aralarında 2 yox, 1 oyun keçirəcəklər.

Qarşılaşmaların Münhen və Madriddə oynanılması variantı da nəzərdən keçirilir. Yekun qərar UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında qəbul olunacaq.

 

 


Etiketlər:  UEFA avrokubokların formatını dəyişə bilər


RƏYLƏR