Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun yayılmasının qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər - ÜST

Koronavirusun yayılmasının qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər - ÜST

Tarix: 3 Iyun 2020 12:40

Yeni növ koronavirus infeksiyasının (COVID-19) yenidən alovlanması ilə bağlı real təhlükə var.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Henri Kluge bildirib.

Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər.

"Məhdudiyyətləri aradan qaldıran ölkələrin sayı artdıqca COVID-19-un yenidən alovlanması təhlükəsi yaranır", - deyə o vurğulayıb.

H. Kluge qeyd edib ki, hazırda vəziyyət ilin əvvəli ilə müqayisədə heç də yaxşı deyil: "Bizim hələ də COVID-19-la mübarizə ilə bağlı nə peyvəndimiz, nə də müalicə üsulumuz var".


Etiketlər:  Koronavirusun yayılmasının qarşısı alınmasa xəstəlik dağıdıcı bilər ÜST


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ