Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

Tarix: 3 Iyun 2020 17:33

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq buna səbəb kimi dünyanın əksər regionlarında pandemiya və mürəkkəb iqtisadi vəziyyəti göstərir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qiymətləndirməyə görə, ötən il qlobal miqyasda 395,6 milyon fərdi kompüter və planşet satılıb. 2020-ci ildə bazarda 7 faizlik azalma proqnozlaşdırılır: nəticədə tədarük həcmi 367,8 milyon ədədədək azalacaq.

 

Şirkət ekspertlərinin fikrincə, 2021-ci ildə qlobal sahədə vəziyyət cari ildəki səviyyədə olaraq qalacaq. Artım yalnız tədarük həcmində 2 faiz artımın proqnozlaşdırıldığı 2022-ci ildə bərpa olunacaq.

 

Koronavirusun yayılması əksər şirkətlərin əməkdaşlarının distansiyalı işə, tələbə və məktəblilərin isə məsafəli tədrisə keçməsinə səbəb olub. Bu isə öz növbəsində noutbuklara qısamüddətli tələbatı artırıb. Lakin 2020-ci ilin yekunları üzrə fərdi kompüterlər bazarında ümumilikdə azalma gözlənilir.

 

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 6,5 milyona çatıb, 380 mindən çox xəstə isə həyatını itirib.

 

Nizam Nuriyev




Etiketlər:  Dünya fərdi kompüter planşetlər bazarında azalma gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ