Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dava saldı ki, mən dura-dura Mələkxanım ''Leyli'' olmamalıdır''

''Dava saldı ki, mən dura-dura Mələkxanım ''Leyli'' olmamalıdır''

Tarix: 3 Iyun 2020 18:35

"Leyli və Məcnun" tamaşasında cəmi bir dəfə Alim Qasımovla oynadım. Oturmağa yer yox idi, çox insan küçədə qalmışdı. Sənətimi opera ilə bağlamaq istəmədim. Çox janrda ifa edən biriyəm.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova "Zaurla Günaydın" verilişində deyib. Xanəndə yaradıcılığında niyə bir dəfə "Leyli" obrazını oynamasının səbəbini açıqlayıb:

"1995-ci ildə Məhəmməd Füzulinin 500 illik yubileyi idi. Dörd avtobus adam Kərbəlaya getdik. Orada ifaçılardan mən və Mənsum İbrahimov idi.

Dedilər ki, orada "Leyli və Məcnun"dan bir parça oynanılmalıdır. Mən də uşaqlıqdan operaları əzbər bilirəm. Dedim ki, baş üstə. Mənsumla məşq etdik. Bir ifaçımız orada dava saldı. Bir də gördük qırğındır. Dedi ki, o, operada oynamayıb. Mən dura-dura niyə o, olmalıdır.

Onda qarşıma məqsəd qoydum. Dedim ki, eybi yox, bircə dəfə olsa da, onu oynayacam. Bakıya qayıdanda, getdim operaya və təklif etdim. Dedilər ki, kimlə istəyirsən? Alim Qasımov dedim. Onu təzədən dəvət etdilər, bir il məşq etdik. Dedim, söz vermişəm, ilk və son olacaq. Oxudum və qaldı".  


Etiketlər:  Dava saldı mən dura dura Mələkxanım Leyli olmamalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ