Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 20:16
İyunun 15-nə qədər sərhədlərin bağlı qalması barədə qərar var. Amma bu vəziyyət davam etsə, sərhədlərin açılması gözlənilmir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, hələlik bu vaxta qədər uçuşların bərpası ilə bağlı qərar yoxdur: "Hələ ki, ekspertlər müşahidə aparır. Bu gediş davam etsə, sərhədlərin açılması gözlənilmir. Növbəti mərhələdə vəziyyət necə olsa, ekspertlər müşahidə aparıb nəticəyə gələcək və buna uyğun da qərar veriləcək".