Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 07:04
"LG" şirkəti 48 düym diaqonallı ilk "4K OLED" televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məlumata görə, "48CX" adlı yeni televizor modeli iyunun sonunda qiyməti 1499 dollar təşkil etməklə ABŞ-da satışa çıxarılacaq. Bu, Cənubi Koreya şirkətinin bu ölçüdə buraxılan ilk "OLED" ekranlı televizorudur. Şirkət nümayəndələrinin sözlərinə görə, "OLED" ekranla təchiz edilən 48 düymlük "48CX" televizorunda piksellərin sıxlığı 96 düymlük "8K" displeylə müqayisə oluna bilər və yüksək funksionallıq sayəsində oyun monitoru qismində istifadə üçün uyğundur.
Bildirilir ki, "48CX" televizoru "LG" şirkətinin 2020-ci ilə aid digər "4K OLED" modelləri kimi "NVIDIA G-Sync" texnologiyasını dəstəkləyir və yüksək kadr yeniləməsinin tələb olunduğu oyunlar üçün istifadə oluna bilər. Televizorda "FreeSync" texnologiyası dəstəyinin proqram təminatı yeniləməsi buraxıldıqdan sonra quraşdırılacağı gözlənilir.
"48CX" televizoru "4K" formatlı kontenti "Dolby Vision" və ya "HDR10" texnologiyalarından istifadə etməklə saniyədə 120 kadr sürətində göstərir. Bundan başqa, qurğu "Enhanced Audio Return Channel" (eARC) texnologiyasını, avtomatik zəif yubanma rejimini (ALLM) dəstəkləyir və dəyişən yeniləmə tezliyi funksiyasına (VRR) malikdir ki, bu da onu "Xbox Series X" və "PS5" oyun konsolları ilə birlikdə istifadəyə imkan verəcək.