Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Keşikçidağ”da təxribat törədiləcəyi haqda məlumatlar əldə olunub - DSX

“Keşikçidağ”da təxribat törədiləcəyi haqda məlumatlar əldə olunub - DSX

Tarix: 4 Iyun 2020 07:06

İyun ayının 4-də Azərbaycan - Gürcüstan dövlət sərhədində "Keşik­çidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sonxeber.net-a verilən verilən məlumata görə, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

Məlumatda qeyd olunub ki, Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.


Etiketlər:  Keşikçidağda təxribat törədiləcəyi haqda məlumatlar əldə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ