Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pandemiya dövründə İnstaqramda milyonlar qazandılar – TOP-10

Pandemiya dövründə İnstaqramda milyonlar qazandılar – TOP-10

Tarix: 4 Iyun 2020 12:02

Məşhur idmançıların koronavirus pandemiyası dövründə İnstaqram sosial şəbəkəsi vasitəsi ilə qazancları müəyyənləşib.

Qol.az-ın məlumatına görə, “Daily Mail” nəşrinin araşdırması zamanı bəlli olub ki, martın 12-dən mayın 14-dən olan dövrdə Kriştiano Ronaldo, Lionel Messi və Neymar bir milyon avrodan çox gəlir götürüb. Onların hər biri bu iki ayda sponsorların 4 reklamını paylaşıb. 219 milyon izləcisi olan Ronaldonun gəliri 2,1 milyon avro təşkil edib. Bununla da o, TOP-10-da birinci yeri tutub. Messidə (151 milyon izləyici) bu göstəricisi 1,45 milyon, Neymarda (138 milyon izləyici) isə 1,33 milyon avro olub.

Beləliklə, bir reklam paylaşımı orta hesabla Ronaldoya 526 min, Messiyə 363 min, Neymara 333 min qazandırıb.

TOP-10-da digər idmançıların gəliri isə aşağıdakı kimi olub:

4. Şakil O’Nil (sabiq basketbolçu)  – 653 min avro
5. Devid Bekhem (sabiq futbolçu) – 453 min avro
6. Virat Kohli (hindistanlı kriketçi) – 424 min avro
7. Zlatan İbrahimoviç (futbolçu) – 206 min avro
8. Dueyn Ueyd (sabiq basketbolçu) – 128 min avro
9. Dani Alves (futbolçu) – 120 min avro
10. Entoni Coşua (boskçu) – 109 min avro

 


Etiketlər:  Pandemiya dövründə İnstaqramda milyonlar qazandılar TOP 10


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ