Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 13:08
Bakı. Cani Babayeva - Trend:
Avropa Gimnastikasının İcraiyyə Komitəsi koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış müxtəlif gimnastika növləri üzrə Avropa çempionatlarının yeni tarixlərini açıqlayıb.
Trend bu barədə Avropa Gimnastikasının saytına istinadən məlumat verir.
Yeni təqvimə əsasən, kişi idman gimnasikası üzrə Avropa çempionatı Bakıda 2020-ci il dekabrın 9-13-də keçirilməsi nəzərdə tutulub. Bundan başqa, Bakıda qadın idman gimnasikası üzrə Avropa çemionatı da planlaşdırılır. Bu turnir 2020-ci il dekabrın 17-20-də nəzərdə tutulub.
Hər iki yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Bədii gimnastika üzrə Avropa çempionatı isə bu il noyabrın 26-29-da Kiyevdə keçirilə bilər.
Qeyd edək ki, kişi idman gimnasikası üzrə Avropa çempionatı Bakıda mayın 27-31-də, qadın idman gimnasikası üzrə Avropa çemionatı isə Parisdə 30 aprel – 3 may tarixlərində keçirilməli idi.