Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda karantin rejiminin ən sərt formasının tətbiq ediləcəyi DƏQİQ TARİX AÇIQLANDI

Azərbaycanda karantin rejiminin ən sərt formasının tətbiq ediləcəyi DƏQİQ TARİX AÇIQLANDI

Tarix: 4 Iyun 2020 14:12

"Son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artmışdır".

Sonxeber.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciətində deyib.

Baş nazir müraciətdə hərəkətin tam məhdudlaşdırlacağı dəqiq tarixi açıqlayıb:

"Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah bu gün qərar qəbul edib. Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.

Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaqdır".

Qeyd edək ki, qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.

Təhməz Təkin


Etiketlər:  Azərbaycanda karantin rejiminin sərt formasının tətbiq ediləcəyi DƏQİQ TARİX AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ