Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 17:42
Dünyasını dəyişən insanların koronavirusdan ölməsi barədə arayışların verilməsi ilə bağlı şayiələr yaranıb. Biz bu məlumatları araşdırmışıq. Yayılan məlumatlarda arayışların təcili tibbi yardım xidmətinin işçiləri tərəfindən verildiyi bildirilir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bu məlumatlar düzgün deyil və şayiədir: "Onu da nəzərə almaq lazımdır ki, COVİD-19-un diaqnozunun qoyulması o qədər də asan məsələ deyil".