Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şura #evdəyəm kampaniyasına başladı!

Şura #evdəyəm kampaniyasına başladı!

Tarix: 4 Iyun 2020 18:30

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi və həftəsonu günləri üçün tətbiq etdiyi məhdudiyyətlərlə əlaqədar #evdəyəm adlı ictimai kampaniyaya başlayır.

Tren-in məlumatına görə, Şura bütün QHT-ləri, jurnalistləri və sosial şəbəkə fəallarını bu kampaniyaya qoşulmağa və vətəndaşları Nazirlər Kabinetinin pandemiya ilə bağlı bütün qərarlarını qeyd-şərtsiz yerinə yetirməyə çağırır. Bununla bağlı bütün sosial şəbəkə fəallarını #evdəyəm haştağı ilə vətəndaşları evdən çıxmamağa təşviq edən çağırışlar (status, tvit, foto-video paylaşımlar və s.) etməyə dəvət edirik.


Etiketlər:  Şura evdəyəm kampaniyasına başladı


RƏYLƏR