Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Texniki Universiteti UNESCO klubları şəbəkəsinə üzv oldu (FOTO)

Azərbaycan Texniki Universiteti UNESCO klubları şəbəkəsinə üzv oldu (FOTO)

Tarix: 5 Iyun 2020 11:42

Bakı. Samir Əli - Trend:

Azərbaycan Texniki Universiteti (AzTU) Azərbaycan UNESCO klubları şəbəkəsinə üzv seçilib.

Bu barədə Trend-ə AZTU-nun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, universitetin rektoru Vilayət Vəliyev Azərbaycan UNESCO klublarının koordinatoru Cahangir Hacıyevlə görüşüb. Cahangir Hacıyev UNESCO klublarının yaranması və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Rektor V. Vəliyev Azərbaycan-UNESCO münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Bu əlaqələrin inkişafında Prezident İlham Əliyevin uğurlu siyasəti və Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın misilsiz xidmətləri qeyd olunub.

AzTU-da yaradılacaq klubun Azərbaycan universitetlərində təhsil alan tələbələr arasında əlaqələrin qurulmasına töhfə verəcəyi bildirilib. Həmçinin şəbəkənin layihə və tədbirlərində müxtəlif universitet tələbələrin birgə iştirakının innovativ ideayaların, yeni layihələrin yaranmasına təkan verəcəyi vurğulanıb. Görüşün nəticəsi olaraq və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının razılığı nəzərə alınaraq universitetdə UNESCO klubunun yaradılması haqqında qərar verilib.

Azərbaycan Texniki Universiteti UNESCO klubları şəbəkəsinə üzv oldu (FOTO) - Gallery Image Azərbaycan Texniki Universiteti UNESCO klubları şəbəkəsinə üzv oldu (FOTO) - Gallery Image


Etiketlər:  Azərbaycan Texniki Universiteti UNESCO klubları şəbəkəsinə üzv oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ