Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2019 18:30
Bakı. Trend:
Sumqayıt şəhərində öz həyətyanı sahələrində arıçılıq təsərrüfatı ilə məşğul olan sahibkarlar - Vüqar Hüseynov və Kalam Bayramov tərəfindən arıçılıq fəaliyyətinin identikləşdirilməsi üçün hər arı ailəsinə görə nəzərdə tutulan subsidiyanın ödənilməsinə dair Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət daxil olub.
Agentlikdən Trend-ə verilən məlumata görə, qurumun Sumqayıt şəhəri üzrə “KOB Dostu”nun və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində sahibkarların müraciəti öz müsbət həllini tapmış və onlara subsidiyaların ödənilməsi təmin edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin