Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 19:12
Bakı. Trend:
Neft hasilatında hazırkı azalma səviyyəsi daha bir ay davam edəcək.
Trend-in məlumatına görə, bu barədə "OPEC" ölkələrinin iclasının yekun kommünikesində bildirilib.
Sənəddə deyilir: "2020-ci ilin may və iyun ayları üçün razılaşdırılmış hasilatın azaldılmasının birinci mərhələsinin daha bir ay, yəni 2020-ci ilin iyul ayının sonuna qədər uzadılmasına qərar verilir".
"OPEC" hasilatı 100% azaltmayan ölkələrə iyul - sentyabr aylarında öhdəliklərini tam olaraq yerinə yetirmələrini tapşıracaq. Sənəd layihəsində deyilir ki, OPEC + Nazirlər Monitorinq Komitəsi bu ilin sonuna qədər ayda bir dəfə olmaqla toplanacaq.