Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 19:20
İrqçiliyə etiraz edən amerikalılar Apple mağazalarının şüşələrini qıraraq içəri daxil olublar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, buna səbəb qaradərili Corc Floydun polis nəzarətinə alındığı zaman öldürülməsi olub. Bundan sonra hadisə baş verən ərazidəki etiraz aksiyaları bütün ölkəyə yayılıb. Etirazlar zamanı bir neçə texnoloji avadanlıqlar satılan mağaza qarət olunub. Ən çox ziyan çəkən isə Apple mağazaları olub.
Şirkət rəhbərliyi oğurlanan cihazların işlək vəziyyətdə olmadığını bildirib. Çünki Apple mağazalarında insanların test etməsi üçün qoyulan cihazlar mağazadan kənarda işləməyən alqoritmə sahibdir.
Apple oğurlanan telefonlara mesaj göndərib. Mesajda oğruların əslində izləndiyi, yerinin bəlli olduğu vurğulanır. Həmçinin şirkət oğruları telefonları geri qaytarmağa çağırıb.