Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2019 07:36
Bakı. Trend:
Böyük Britaniya sakini EuroMillions lotereyasında 123 milyon funt sterlinq (156 milyon dollar) qazanıb və ölkədə üçüncü ən böyük uduşun sahibi olub.
Trend-in məlumatına görə, bu barədə "Mirror" qəzeti yazıb.
Məlumata əsasən, qalib beş əsas nömrələri və iki "şanslı ulduzu" tapa bilib.
Qeyd edək ki, birinci EuroMillions lotereyası 13 fevral 2004-cü ildə üç ölkədə - Fransa, İslandiya və Böyük Britaniyada keçirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin