Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 15:08
“Yuventus”un hücumçusu Kriştiano Ronaldo “Napoli”nin fanatına imzalı formasını hədiyyə edib.
Qol.az xəbər verir ki, bu haqda “Gazzetta dello Sport” məlumat yayıb.
Françesko Salerno adı azarkeşlər üçün heç nə demir. Amma o, 2 il əvvəl İtaliya Regionlar liqasında gözəl bir qola imza atıb. Bu, Ronaldonun “Real”da çıxış etdiyi vaxt 2018-ci ildə Çempionlar Liqasının finalında “Yuventus”a vurduğu qola bənzəyib.
Həmin qoldan 2 il sonra Ronaldo “Napoli” fanatına forma göndərib və üzərinə “Françesko üçün. Əla qoldur” sözlərini yazıb.