Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 13:00
Qorxdum ki, oğlum adımı batırar. Səməd Səmədov adı batar... Ona görə də dedim, Anar, get şou-biznesdən.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Səməd Səmədov "ATV maqazin onlarla" verilişində deyib. Müğənni oğlunun şou-biznesə gəlməyinə icazə verməməyinin səbəbini açıqlayıb:
"İstəyirdim oğlum müğənni olsun. Amma sonra qoymadım. Dedim, elə müğənnilər gəlir ki, çıx aradan. İndi övladım deyir ki, nə yaxşı məni qoymadın, bakıdan çıxartdın. İndi Moskvadadır. İndi 7 nəvəm var, onlardan biri oğlandır. Uşaqlarım gediblər Rusiyaya balaca nəvəmin ad gününə. O vaxtdan karantin düşdü qaldılar orda. İndi həyat yoldaşımla tək qalıb, darıxırıq".