Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhsil haqqının dövlət hesabına ödənilməsi üçün müraciət edən tələbələrin sayı açıqlandı

Təhsil haqqının dövlət hesabına ödənilməsi üçün müraciət edən tələbələrin sayı açıqlandı

Tarix: 9 Iyun 2020 12:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı http://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərinin qəbulu iyunun 10-da yekunlaşacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu günədək elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252 nəfər, magistratura səviyyəsində təhsil alan 1061 nəfər, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2547 nəfər, tam orta təhsil bazasından orta ixtisas təhsili alan 1939 nəfər və peşə təhsili pilləsində təhsil alan 424 nəfər öz ərizələrini təsdiq edib.

İyunun 8-dən etibarən tələbələrin şəxsi elektron kabinetlərinə müraciətlərin nəticələri barədə ilkin məlumat yerləşdirilir və bu barədə namizədlərə SMS bildirişləri göndərilir. Eyni zamanda Təhsil Nazirliyinin bütün ali və orta ixtisas təhsili müəssisələrinə verdiyi tapşırığa əsasən, e-telebe.edu.az portalında müraciətləri təsdiqlənmiş və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi barədə yekun qərar qəbul olunanadək onların yaz imtahan sessiyasına buraxılması tam təmin edilir.

Eyni zamanda portala inteqrasiya olunmuş dövlət informasiya sistemlərinin məlumatına əsasən, qeyd edilən kateqoriyalara aid olan tələbələrin bir qismi http://e-telebe.edu.az vasitəsilə bu günədək rəsmi müraciət etməyib və onların bu imkandan yararlanması tövsiyə edilir.


Etiketlər:  Təhsil haqqının dövlət hesabına ödənilməsi üçün müraciət edən tələbələrin sayı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ