Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 19:03
Bakı. Samir Əli - Trend:
Daxili uçuşlar iyunun 15-dən bərpa olunacaq.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xudmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, ilk olaraq Naxçıvana uçuş olacaq: "Uçuş zamanı qaydalara nəzarət olunacaq. Xaricdən Azərbaycana çarter uçuşlar da davam edir. Dağıstandan bu gün 130 nəfər gətirilərək karantinə alınıb. İyunun 10-da isə Nyu Yorkdan 210 nəfər Bakıya gətiriləcək. Xaricdə olan vətəndaşlarımızın gətirilməsi prosesi mərhələli şəkildə davam edəcək".