Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 19:42
"Hökumət tərəfindən belə qərara verilib ki, gələn həftənin 5-ci günü iş günü müəyyən edilsin".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, 6-cı gün də buna əlavə olunacaq: "Bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılsın. Ancaq növbəti həftə tətbiq olunacaq bu cür qaydalarda bazar günü təması minumuma endirmək üçün bir sıra məhdudiyyətlər tətbiq edilə bilər. Gələn həftənin qaydaları ilə bağlı əlavə məlumatlar veriləcək".