Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 20:12
Bakı. Samir Əli - Trend:
Bu həftə tətbiq ediləcək sərt karantin rejimində fəaliyyətinə icazə verilən şəxslərin işə gedib-gəlmək üçün şəxsi avtomobillərindən istifadəyə icazə veriləcək.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həmin şəxslər iş yerlərinə gedib gələ bilərlər: "Həmçinin, yaxın qohumunun dəfn mərasimində iştirak etmək istəyən şəxslər də şəxsi avtomobillərdən istifadə edə bilərlər. Digər şəxslərin isə hərəkəti qadağandır".