Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 20:18
Onlayn medianın sərt karantin günlərində işləməsinə icazə verilmir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xudmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həmin günlərdə yalnız məhdud sayda televiziya və radio işçilərinin fəaliyyətinə icazə verilir: "Onlayn medianın evdən işləməsi mümkündür. Ona görə də həmin şəxslər evdən işləyə və həftənin 1-ci günündən fəaliyyətlərinin bərpa edə bilərlər".