Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 20:36
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 8-də 42,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,97 dollar/barel azdır.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,98 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,96 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,27 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.