Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple iPhone-un ekran texnologiyasını dəyişdirəcək

Apple iPhone-un ekran texnologiyasını dəyişdirəcək

Tarix: 9 Iyun 2020 21:20

Apple-ın yeni iPhone modelləri ilə bağlı maraqlı iddialar ortaya çıxmağa davam edir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu iddialardan biri də iPhone 13-ün ekran texnologiyası ilə bağlıdır.

Yeni ortaya çıxan detallara görə, Apple 2021-ci ildə OLED ekranları LTPO texnologiyası ilə istifadə etməyi planlaşdırır. Beləliklə, Apple-ın iPhone 13 ilə birgə uzun müddətdir gözlənilən funksiyaları təqdim edə biləcəyi deyilir. Bu xüsusiyyətlər arasında always on ekran detalı daha çox maraq oyadır.

Sözügedən LTPO texnologiyası ekranın daha az enerji xərcləməsini təmin edir. LTPO OLED ekranların fərdi piksel işıqlandırma sisteminde tətbiq olunacaq.

Bundan əvvəl iPhone 12 funksiyaları arasında yer alması gözlənilən ProMotion ekran üçün də LTPO tətbiqinin vacibliyi qeyd olunur. Amma buna rəğmən şirkətin bu addımı atmayacağı daha real görünür. Əvəzində isə sözügedən texnolgiyanın gələn il iPhone 13-ə tətbiqi gözləntilər arasındadır.


Etiketlər:  Apple iPhone ekran texnologiyasını dəyişdirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ