Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 23:28
AppStore-də 3 fırıldaqçı VPN proqram aşkar edilib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, keyfiyyətsiz işləyən bu ödənişli proqramlar üçün abunənin qiyməti də yüksəkdir. Onlar arasında Buckler VPN, Hat VPN və Beetle VPN-in də adı var. Quraşdırmadan sonra istifadəçiyə bu mobil tətbiqlərə 3 günlük ödənişsiz giriş icazəsi verilir. Sınaq müddəti bitdikdən sonra isə hesabından həftəlik 10 dollar pul çəkilir.
Mütəxəssislər iPhone istifadəçilərinə mobil tətbiqlər üçün abunə qiymətlərinə diqqət yetirməyi və hesablarından nə qədər pulun çıxarıldığını izləməyi tövsiyə ediblər.