Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 09:16
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı 10 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, iyunun 10-da olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.9282 manat təşkil edir. 1 türk lirəsi 0.2505 manat, 1 rus rublu 0.0248 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.5557 manatdır.