Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BŞBPİ: Kərim Süleymanlı tabesizlik göstərərkən xəsarət alıb

BŞBPİ: Kərim Süleymanlı tabesizlik göstərərkən xəsarət alıb

Tarix: 10 Iyun 2020 10:03

Bakı. Samir Əli - Trend:

İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlardan, təhqiramiz ifadələr işlədənlərdən biri Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb. Trend-in sorğusuna cavab olaraq, Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iddialar həqiqəti əks etdirmir: “O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.


Etiketlər:  BŞBPİ Kərim Süleymanlı tabesizlik göstərərkən xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ