Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 14:40
Bakı. Trend:
Çinin koronavirus infeksiyasının məhz bu ölkədə yaranması barədə şübhələri var.
Trend-in məlumatına görə, bunu Çinin Rusiyadakı səfiri Çjan Hanhuey deyib.
Səfir bildirib ki, epidemiya Çində meydana çıxsa da, bu, virusun mənbəyinin məhz bu ölkə olduğunu ifadə etmir:
“Sadəcə, Pekin infeksiyanı digər ölkələrdən əvvəl aşkar edib və müvafiq tədbirlər görməyə başlayıb”.
Qeyd edək ki, bir müddət əvvəl Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Qao Fu virusun mənbəyi ilə bağlı versiya irəli sürmüşdü. Onun sözlərinə görə, Uhan şəhərində xəstəliyin mənbəyi hesab olunan bazarda heyvanlardan götürülən analizlərdə virusun izləri aşkar edilməmişdi.