Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qardaşımı ''Neftçi''yə gətirmək planımız yoxdur'' - Füzuli Məmmədov

''Qardaşımı ''Neftçi''yə gətirmək planımız yoxdur'' - Füzuli Məmmədov

Tarix: 10 Iyun 2020 20:52

"Üç ay futbol oynamayandan sonra cəmi birhəftəlik məşqlə futbolçuların meydana çıxması fədəkarlıqdır".

Bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov "Keşlə" ilə "Bakcell Arena"da oynanılan yoxlama matçından (3:1) sonra keçirilən mətbuat konfransında deyib.

Qələbəni şərh edən mütəxəssis hər iki komandaya təşəkkür düşdüyünü bildirib: "Böyük risklər var. Futbolçuların fiziki durumu yerində deyil. Üstəlik, hava da çox isti idi. Amma futbolçular əzmkarlıq göstərib tapşırıqları yerinə yetirməyə çalışdılar. Çatışmazlıqlarımız çoxdur. Amma bunların üzərində işləmək üçün vaxtımız var.

- Dario Federiko “Neftçi”də istənmədiyini deyib...

- Onun bizimlə müqaviləsi var. Elə bir danışığımız olmayıb ki, klub onu istəmir. Bu gün oyunundan razı qaldım.

- Soni Mustivar alışmadığı mövqedə - müdafiənin sol cinahında oynayırdı. Necə təsir bağışladı?

- Rəsmi oyun olmadığı üçün orada yoxlamaq istədik. Orta sahə oyunçusu olsa da, sol cinahda da maksimum çalışdı. Oyunu məni qane etdi.

- Ömər Buludovun olmaması nə ilə bağlı idi?

- Məşqdə zədələnmişdi. Ona görə risk etmək istəmədik.

- Baqali Dabonun gedəcəyi deyilirdi? Bu məsələ nə yerdədir?

- Düşünürəm ki, sona qədər bizimlə olacaq.

- Qardaşınız Xaqani Məmmədovun "Neftçi"nin məşqçilər korpusuna gələcəyi barədə xəbərlər var...

- Bilmirəm, bu xəbərlər necə çıxır. Belə bir şey yoxdur. O, “Qəbələ”də işləyir. Bizim planımızda heç vaxt belə bir şey olmayıb. Əgər bir məlumat yazılırsa, həmin məşqçinin işlədiyi yer üçün də ziyan olduğunu düşünmək lazımdır. Onu “Neftçi”yə gətirmək planımız yoxdur.

- "Neftçi” həftəsonu üçün “Qəbələ”yə gedəcəkmi?

- Xeyr, Bakıda qalacağıq (Report).

 


Etiketlər:  Qardaşımı Neftçiyə gətirmək planımız yoxdur Füzuli Məmmədov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ