Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mütəxəssis smartfona antivirusun quraşdırılmasının vacibliyini qiymətləndirib

Mütəxəssis smartfona antivirusun quraşdırılmasının vacibliyini qiymətləndirib

Tarix: 11 Iyun 2020 08:32

"Android" əməliyyat sistemi ilə işləyən qurğu sahiblərinin öz smartfonlarına antivirus proqramı quraşdırması vacibdir, çünki "iOS"dan fərqli olaraq, sözügedən sistem haker hücumları qarşısında daha dayanıqsızdır. Bu barədə Maliyyə və İnvestisiyaların İdarəetməsi Akademiyasının İT mütəxəssisi Aleksey Kriçevski deyib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, o deyib ki, "Android" - bu, "Apple"dan başqa bütün smartfon istehsalçıları tərəfindən istifadə olunan açıq əməliyyat sistemidir.

"Bu, haker və fırıldaqçıların fəaliyyəti üçün daha çox imkan yaradır" - mütəxəssis deyib.

Onun sözlərinə görə, "Google" şirkətinin öz antivirusunu çıxarmasına baxmayaraq, əlavə antivirus proqramının quraşdırılması cihazı daha yaxşı müdafiə etməyə imkan verir.

"Ödənişsiz proqramlar arasında "Avast" ən populyarıdır və onun haqqında rəylərin əksəriyyəti qənaətbəxşdir. Ödənişli antiviruslar arasında "Eset NOD32" və "Kaspersky"ə diqqət yetirmək lazımdır" - Kriçevski deyib.


Etiketlər:  Mütəxəssis smartfona antivirusun quraşdırılmasının vacibliyini qiymətləndirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ