Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün futbol üzrə İspaniya çempionatı bərpa olunur

Bu gün futbol üzrə İspaniya çempionatı bərpa olunur

Tarix: 11 Iyun 2020 11:28

Bakı. Trend:

Bu gün İspaniyada koronavirus pandemiyası ilə əlaqədar yarımçıq qalmış futbol çempionatı bərpa olunur.

Trend-in məlumatına görə, turnir Sevilya derbisi ilə start götürəcək. Bakı vaxtilə saat 00:00-da “Sevilya” və “Betis” klubları üz-üzə gələcək.

Qaydalara əsasən, çempionatın bütün matçları tamaşaçısız keçiriləcək.

Xatırladaq ki, İspaniya çempionatı martın 8-də 27-ci turdan sonra dayandırılmışdı.

Hazırda turnir cədvəlinə 58 xalla “Barselona” başçılıq edir, ikinci yerdə gedən “Real” (Madrid) ondan iki xal dala qalır. Bu həftə sonu “Barselona” səfərdə “Malyorka”, “Real” isə doğma meydanda “Eybar”la qarşılaşacaq.

Çempionatın bitməsinə 11 tur qalır.


Etiketlər:  gün futbol üzrə İspaniya çempionatı bərpa olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ