Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 21:12
Elektrikli avtomobil bazarında önəmli yerə sahib Tesla şirkəti maraqlı açıqlama ilə gündəmə gəlib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət mühəndisləri ən azı 12 nəfər tutuma sahib elektrokar üzərində çalışırlar.
Bu avtomobilin Elon Musk-ın nəqliyyat vasitələrinin hərəkətini tunellər vasitəsilə təmin etməyi planlaşdıran digər şirkəti Boring Company-nin sözügedən layihəsi çərçivəsində istehsal olunacağı qeyd olunur.
Avtomobilin dizaynı hələ dəqiqləşməyib. Modelin istehsalının ən azı 2 il çəkəcəyi gözlənilir.
Qeyd edək ki, Tesla-nın hazırda satışda olan ən böyük modeli 7 nəfərlik Model X-dir.