Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya Microsoft-un 2 trilyon dollar dəyərində ilk şirkət olmasına kömək edəcək

Pandemiya Microsoft-un 2 trilyon dollar dəyərində ilk şirkət olmasına kömək edəcək

Tarix: 11 Iyun 2020 23:12

Pandemiya Azure bulud xidmətlərinə tələbatı artırır.

Wells Fargo Securities analitiki Philip Winslow-un yaydığı fikirlər mətbuatda böyük maraqla qarşılanıb. Onun sözlərinə görə, Microsoft şirkəti dünyada bazar kapitalı 2 trilyon dolları aşan ilk kompaniya ola bilər.Təhlilçi hesab edir ki, şirkətin səhm qiyməti indiki səviyyədən 55% artacaq (və hazırda Microsoft təxminən 1,39 trilyon ABŞ dolları dəyərindədir), nəticədə 2 trilyon dolları keçəcək.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Philip Winslow səhm qiymətlərinin artmasına səbəb kimi Azure bulud xidmətlərinə olan çoxsaylı tələbatı göstərir.

Mütəxəssis bildirib ki, Azure bulud xidmətlərinə artan tələbat pandemiya dövrünə təsadüf edir: "Bulud xidmətləri həmişəkindən daha çox hazırkı "zamanın ruhuna" uyğundur. Microsoft Amazonun aparıcı veb xidmətləri arasında "gəlir boşluğunu bağlayır" və eyni zamanda bazarın üç nömrəli oyunçusu Google Cloud-dan üstünlüyünü artırır. İnvestorlar Microsoft Azure-a açıq şəkildə müsbət baxsalar da, inanırıq ki, Azure-un böyümə potensialının uzunmüddətli təsiri konsensusda və ya səhm qiymətləndirmələrində hələ də düzgün əks olunmur".


Etiketlər:  Pandemiya Microsoft trilyon dollar dəyərində şirkət olmasına kömək edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ