Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 15:42
Dəmir yolu qatarlarında kondisionerlərin işləməsində məhudiyyət qoyulmayıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Qeyd olunub ki, kondisionerlər hava şəraitinə uyğun işləyir:
"Abşeron Dairəvi dəmir yolu xətti istiqamətində hərəkət edən elektrik qatarlarındakı kondisionerlər hava şəraitinə uyğun işə salınır. Qatarlarda kondisionerlərin işləməsinə məhdudiyyət qoyulması məsələsinə gəlincə, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə müvafiq dövlət qurumlarından tövsiyyə xarakterli göstəriş daxil olmayıb".