Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“WhatsApp”da mesajların axtarışı üzrə yeni funksiya əlçatan olacaq

“WhatsApp”da mesajların axtarışı üzrə yeni funksiya əlçatan olacaq

Tarix: 12 Iyun 2020 16:48

“WhatsApp” messencerinin tərtibatçıları tarixi göstərməklə mesajları tez bir zamanda axtarmağa imkan verən yeni funksiyanı sınaqdan keçirirlər. Bu haqda “WABetaInfo” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, messencer indi də mesajların axtarışı üçün funksiyanı dəstəkləyir, ancaq bəzi istifadəçilər müəyyən bir gündə göndərilmiş və ya qəbul edilmiş lazımi informasiyanı tapmaqda çətinlik çəkirlər.

 

Məlumata görə, indi funksiya alfa sınaq mərhələsindədir.

 

Xatırladaq ki, aprelin sonunda messencer qrup zəngləri üçün yeni funksiya istifadəyə verib. Söhbətdə iştirak edənlərin maksimal sayı 8-dək artırılıb.

 

Emil Hüseynov




Etiketlər:  WhatsAppda mesajların axtarışı üzrə yeni funksiya əlçatan olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ