Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 18:20
Çimərliklərdə çətirlər arasında 4 metr məsafə olacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, Bakıda 6 ictimai çimərlik artıq istifadəyə hazırdır:
"Çimərliklərdə sakinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Vətəndaşlar çimərliklərdə qoyulmuş qaydalara ciddi yanaşmalı, məsuliyyətli olaraq sosial məsafə saxlamalıdır. Çətirlər arasında azı 4 metr məsafə olmalıdır və bununla bağlı sahibkarlarla müvafiq söhbətlər aparılıb".