Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dırnaqlarım çürüdü'' - Tünzalə

''Dırnaqlarım çürüdü'' - Tünzalə

Tarix: 12 Iyun 2020 21:35

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva evə buraxılıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, "Bizimləsən" proqramının virtual qonağı olan aktrisa kimyaterapiya almağa başladığını deyib. O bildirib ki, ağrıları güclü olur:

"Əvvəl ağrılar kürək və böyrəyə vururdu. İndi qarın hissəmə vurur. Kimyaterapiya hər dəfə bir nahiyəyə vurur. İndi də qarın... Qarnımda da neçə əməliyyat yeri var, ağrılar dəhşətlidir. Dözə bilmirəm. Həmişə kimyaterapiyada belə olur. Əvvəl dırnaqlarım çürümüşdü. Yeni-yeni düzəlirdi. Təzədən başladıq...

Analizin cavabı çıxan kimi həkimlər məni yatırtdı və kimyaterapiya etdi. Qanımaşağı olduğu üçün kimyaterapiyanı bütöv ala bilmirəm. Yarısın aldım, qalıb hələ... Yıxılan insan deyiləm, amma durumum çox pisdir".


Etiketlər:  Dırnaqlarım çürüdü Tünzalə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ