Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 07:40
Bakı. Trend:
Fransa hökuməti avropalı turistlər üçün sərhədlərini açmaq qərarına gəlib. Beləliklə, Avropa ölkələrinin vətəndaşları artıq iyun ayının 15-dən Fransaya səfər edə bilərlər.
Trend-in məlumatına görə, bu barədə ölkənin Xarici və Daxili işlər nazirliklərinin kommünikelərində xəbər verilib.
"15 iyun saat 00:00-dan bütün daxili yerüstü, hava və dəniz sərhədlərinin kəsişmələrində məhdudiyyətlər qaldırılır", - kommünikedə deyilir.
Sədnəddə qeyd edilir ki, qərar epidemioloji vəziyyəti və Avrokomissiyanın tövsiyələrini nəzərə alaraq qəbul edilib.