Tarix: 13 Iyun 2019 01:52
"Mançester Siti" futbolçusu Oleksandr Zinçenko ilə müqaviləni uzadır.Qol.az "The Telegraph"a istinadən xəbər verir ki, ukraynalı yarımmüdafiəçi ilə 5 illik sözləşməyə qol çəkəcək. 22 yaşlı futbolçunun ötən mövsümdəki uğurlu çıxışı baş məşqçi Pep Qvariolanın ürəyincə olub.
Buna görə də gənc futbolçu ilə yollara davam etmək qərarı verilib. Yaxın günlərdə bu barədə rəsmi açıqlama veriləcəyi bildirilib.
Qeyd edək ki, Zinçenko ötən mövsüm "şəhərlilər"in heyətində 29 oyuna çıxıb və 1 qol, 5 məsuldar ötürmə ilə yadda qalıb.