Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündəlik çay içmək nəyə səbəb olur?

Gündəlik çay içmək nəyə səbəb olur?

Tarix: 13 Iyun 2020 19:48

Çayın sağlamlığa təsiri barədə hər zaman fərqli fikirlər səslənib. Ənənəvi olaraq bir qisim çayı ziyanlı hesab etsə də, son illərdə çayın faydalarına dair bir çox tədqiqatlar aparılıb. Yeni araşdırmaya görə, gündəlik olaraq çay içmək xolesterin balansını və ürəyin vəziyyətini yaxşılaşdırır.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, tədqiqatlar zamanı alimlər aşkar ediblər ki, xolesterinin səviyyəsini normallaşdırmağa  və ürək xəstəliklərinin yaranması riskini azaltmağa gündəlik çay içməklə nail olmaq olar.
Mütəxəssislər 80 000 nəfərin vəziyyəti haqda məlumatları təhlil edərkən müəyyən ediblər ki, əgər müntəzəm olaraq çay içilərsə, bu, ürəyin vəziyyətini yaxşılaşdıra, həmçinin aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azalda bilər. Müntəzəm olaraq çaydan istifadə edən eksperiment iştirakçıları "yaxşı" və "pis" xolesterinin səviyyəsinin daha yaxşı nisbətini nümayiş etdiriblər. Bu zaman müəyyən olub ki,  yaşla bağlı olararaq "yaxşı" xolesterinin səviyyəsinin azalması yavaşıyır və bu da ürək-damar xəstəliklərinin inkişafından qoruyur.


Etiketlər:  Gündəlik çay içmək nəyə səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ