Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanda koronavirusa daha 258 nəfər yoluxdu

Qazaxıstanda koronavirusa daha 258 nəfər yoluxdu

Tarix: 14 Iyun 2020 08:48

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa 258 yoluxma halı qeydə alınıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 14 496 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində 3 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 73 nəfər təşkil edir.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların 9 056 nəfəri sağalaraq evə buraxılıb.


Etiketlər:  Qazaxıstanda koronavirusa daha nəfər yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ