Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı polisi: Dəfndə iştirak üçün şəxsi avtomobillərdən istifadə edilə bilər

Bakı polisi: Dəfndə iştirak üçün şəxsi avtomobillərdən istifadə edilə bilər

Tarix: 14 Iyun 2020 11:38

Paytaxtda Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Sonxeber.net bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

Yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım  avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkətinə icazə verilir.


Etiketlər:  Bakı polisi Dəfndə iştirak üçün şəxsi avtomobillərdən istifadə edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ