Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanın səhiyyə naziri koronavirusa yoluxub

Qazaxıstanın səhiyyə naziri koronavirusa yoluxub

Tarix: 14 Iyun 2020 12:48

Bakı. Trend:

Qazaxıstan Respublikasının səhiyyə naziri Yeljan Birtanov koronavirusa yoluxub.

Trend-in Kazinforma istinadən veridiyi məlumata görə, bu barədə nazir "Facebook" səhifəsində yazıb.

"Dostlar, koronavirusla bağlı son testimin müsbət nəticə verdiyinə dair xoşagəlməz xəbər verməliyəm. Təəssüf ki, bu simptomsuz bir forma deyil. Buna görə də yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirildim. Riayət etdiyim bütün ciddi sanitar tədbirlərinə baxmayaraq risklər har zaman mövcuddur. Xüsusilə məsafədən işləyə bilməyənlər üçün", - nazir yazıb.

E.Britanov qeyd edib ki, son günlər ölkənin bir sıra regionlarında sahibkarlar, tibb işçiləri, dövlət qulluqçuları, KİV təmsilçiləri arasında virusa yoluxmalarda artım müşahidə olunur.

Səhiyyə naziri bütün qazaxıstanlılardan "fərdi karantin"ə riayət etmələrini və profilaktikaya dair tövsiyələrə əməl etmələrini çağırıb.


Etiketlər:  Qazaxıstanın səhiyyə naziri koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ