Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messidən növbəti rekord

Messidən növbəti rekord

Tarix: 14 Iyun 2020 13:34

"Barselona"nın futbolçusu Lionel Messi La Liqada növbəti rekorda imza atıb.

Qol.az xəbər verir ki, argentinalı hücumçu 28-ci tur matçında "Malyorka"nı məyus edib. O, komandasının 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Beləliklə, Messi İspaniya çempionatının 12 mövsümündə ardıcıl azı 20 qol vurmağı bacarmış ilk futbolçu ünvanına yiyələnib.

33 yaşlı forvard cari mövsümdə "Barselona"da 25 qol vurub və 18 məhsuldar ötürmə edib. O, komandada ümumilikdə 718 matç keçirib və 627 dəfə fərqlənib, habelə 265 ötürmə edib.

 


Etiketlər:  Messidən növbəti rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ